“OANA Müəkəmməllik Mükafatı” nın qalibləri mükafatlandırılıb

“OANA Müəkəmməllik Mükafatı” nın qalibləri mükafatlandırılıb

Bakıda Asiya və Sakit Okean Ölkələri Informasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası davam edir. SİA-nın xəbərinə görə, Assambleya çərçivəsində keçirilən birinci sessiyada çıxış edən OANA baş katibi Mixail Qusman TASS-ın quruma sədrlik etdiyi dövrdə 177 min 242 dollar üzvlük haqqı yığıldığını nəzərə çatdırıb: "Biz sədrlik etdiyi dövrdə yığılan vəsaitdən yalnız 2 min dollar "OANA Mükəmməllik Mükafatı" müsabiqəsinin qaliblərinə veriləcək. Quruma yeni sədrin sərəncamında 175 min 242 dollar olacaq. TASS-ın sədrliyi dövründə biz öz ehtiyat mənbələrimizdən xərcləmişik". İclasda qarşıdakı dövrdə də illik üzvlük haqqının 1000 dollar olması təsdiqlənib, üzv agentliklər arasında keçirilən "OANA Müəkəmməllik Mükafatı" müsabiqəsinin qalibləri təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə