Sergey Mixaylov: "Müasir dövrdə KİV-lərin siması dəyişir"

Sergey Mixaylov: "Müasir dövrdə KİV-lərin siması dəyişir"

Qonaqpərvər Bakıda toplaşdığımıza görə çox şadıq. Tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə, AZƏRTAC-a təşəkkür edirəm". SİA-nın xəbərinə görə, bunu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Sergey Mixaylov Assambleyanın I plenar sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, müasir dövrdə KİV-lərin siması dəyişir, bu sahədə mühit zənginləşir.

OANA çərçivəsində etika komitəsinin yaradıldığını deyən S.Mixaylov qeyd edib ki, komitə jurnalistlərin yazılarına diqqət edir, jarqonları qadağan edir: "Təşkilatın veb saytı var və ötən dövr ərzində təşkilatın veb-saytınının sosial şəbəkələrdə səhifələri yaradılıb. Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri ilə yanaşı digər dünya agentlikləri ilə əlaqə qurmuşuq. Bu əməkdaşlığa növbəti dövrdə də davam edəcəyik. Bundan əlavə, jurnalistikaya töhfə verənlərə təşkilat tərəfindən mükafatlar da təqdim olunur. Qaliblər düzgün səsvermə əsasında seçilir".

Bütün xəbərlər Facebook səhifəmizdə