Bakıda OANA XVI Baş Assambleyası keçirilir

Bakıda OANA XVI Baş Assambleyası keçirilir

Bakıda Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası keçirilir. SİA-nın xəbərin görə, təşkilatın ali orqanının toplantısında 40 agentliyin 80-dən çox rəhbəri və təmsilçisi iştirak edir. Assambleyada 2016-2019-cu illərdə təşkilata sədrlik Rusyanın TASS agentliyindən AZƏRTAC-a keçəcək, baş direktor Aslan Aslanov OANA-nın prezidenti vəzifəsinin icrasına başlayacaq. Toplantıda İcraiyyə Komitəsinin yeni üzvləri seçiləcək, texniki və etik komitələrin hesabatları dinləniləcək. Növbəti üç ildə bu təşkilatın veb-saytının idarə edilməsi və digər təşkilati məsələlər AZƏRTAC-a həvalə olunacaq. Toplantıda üzv agentliklər arasında keçirilən "OANA Müəkəmməllik Mükafatı" müsabiqəsinin qaliblər təltif ediləcək. Assambleya çərçivəsində qurumun İcraiyyə Komitəsinin 40-cı və 41-ci iclasları baş tutacaq. Üzv agentliklər XVII Baş Assambleyanın yeri və vaxtını müəyyənləşdirəcəklər. Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədi ilə yaradılıb. OANA-nın üzvü olan agentliklər dünyada bütün informasiya axınının üçdə iki hissəsini təmin edir. Təşkilatın 35 ölkədən 43 üzv agentliyi var. OANA-nın məqsədi region ölkələri arasında informasiya axınına təkan vermək, inkişaf etmiş və inkişafda olan ölkələr arasındakı informasiya fərqini aradan qaldırmaq, xəbər agentliklərinin redaktə, təlim, kommunikasiya və texniki imkanlarını təkmilləşdirməkdir. Təşkilatın üç ildən bir keçirilən baş assambleyalarında informasiya agentlikləri qarşısında duran problem və çağırışlar müzakirə edilir, media sahəsində ən yeni üsullar barədə fikir mübadiləsi aparılır. AZƏRTAC OANA-ya 2004-cü ilin sentyabrında üzv qəbul olunub. 2007-ci il dekabrın 12-də OANA-nın İndoneziyanın paytaxtı Cakartada keçirilən XIII Baş Assambleyasında AZƏRTAC bu qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin üzvü, 2013-cü il 18-22 sentyabrda Moskvada keçirilən XV Baş Assambleyada AZƏRTAC-ın Baş direktoru OANA-nın vitse-prezidentlərindən biri seçilib. Həmin toplantıda gizli səsvermə nəticəsində AZƏRTAC 2016-2019-cu illərdə bu təşkilata sədrlik etmək hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə