Avtomobil yolunun ayrıcı zolağına həmişəyaşıl kol bitkiləri əkildi FOTOLAR
Ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi istiqamətində "Azəravtoyol" ASC tərəfindən vacib addımlar atılır, ağacəkmə və yaşıllaşdırma aksiyaları keçirilir.
"Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumata görə, bu dəfə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-20-ci km-lik hissəsinin ayrıcı zolağı yaşıllaşdırılıb. Belə ki, sözügedən hissəyə 2 min ədəd həmişəyaşıl kol bitkiləri əkilib. Əkilən kollara üzvi gübrə verilərək suvarılıb.
Qeyd edək ki, bu cür yaşıllaşdırma aksiyaları respublikanın bütün avtomobil yollarının mühafizə və ayrıcı zolaqlarında keçirilir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB