Amerikanın Karneqi-Mellon universitetinin alimləri və Hindistandan olan araşdırmaçılar qrupu təkcə 2014-cü ildə selfi çəkərkən həlak olma hallarının baş verdiyini müəyyənləşdiriblər. SİA xəbər verir ki, bu barədə qeyd edən "Gazeta" nəşrinin yazdığına görə, həmin il 127 ölüm halı baş verib.
İlk belə hal Hindistanda baş verib. O cümlədən, Hindistan selfi çəkimləri zamanı ölüm hallarının baş verdiyi ölkələr sırasında birinci yerdədir. Belə ki, təkcə cari ildə bu ölkədə 76 belə ölüm halı qeydə alınıb.
İkinci yerdə Pakistan yerləşir (9 ölüm halı), üçüncü yerdə isə ABŞ (8 ölüm halı) olmaqla ilk üçlüyü tamamlayır.
Rusiya isə 6 selfi insidenti sıralaması ilə dördüncü yeri bölüşür.
Qeyd edək ki, Azərbaycanda da selfi çəkimi edərkən ölüm faktı ilə nəticələnən insident baş verib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB