Dünya mətbuatı V Konqresdən yazır

Dünya mətbuatı V Konqresdən yazır

İspaniyanın "La Vanguardia" qəzetində və Braziliyanın Entertemiento.uol.br portalında Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresindən bəhs edən məqalə dərc olunub. "İnformasiya agentlikləri öz aktuallıqlarını qorumaq üçün yeniliklər tətbiq etməlidirlər" sərlövhəli yazıda Azərbaycan Prezidentinin Konqresin açılış mərasimindəki çıxışı xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident KİV-lərin müasir cəmiyyətdəki əhəmiyyətli rolundan söz açıb, həmçinin Ermənistanın Azərbaycana təcavüzünü, işğalçı ölkənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməməsini qınayıb.

Məqalədə avstraliyalı ekspert xanım Meqan Brounlounun və AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun çıxışlarından sitatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə