İspaniya mətbuatı Azərbaycanın təşəbbüsü ilə bu ölkədə keçirilmiş konfransdan yazır
İspaniyanın Laopiniondemurcia.es portalında "Müsəlmanlar, pravoslavlar, yəhudilər və katoliklər UCAM-da sülh naminə birləşdilər" sərlövhəli məqalə dərc olunub.
Məqalədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə və digər konfessiyaların – pravoslavlar, yəhudilər, katoliklərin, ümumilikdə 800 nəfərin iştirak etdiyi konfransın Mursiyada keçirilməsindən söhbət açılır.
İspaniyadakı səfirliyimizlə UCAM-ın (San-Antonio Mursiya Katolik Universiteti) birgə təşkil etdiyi konfransda Azərbaycanda yaşayan, digər dini konfessiyaların nümayəndələrinin də iştirak etdiyi qeyd olunan məqalədə ölkəmizdəki multikulturalizm siyasətindən bəhs olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB