Direktor müavini: "Media yeni texnologiyalarla ayaqlaşmalıdır" AÇIQLAMA
"Dünya Xəbər Agentliklərinin V Konqresi media sahəsində çox vacib məsələlərin müzakirəsi və həlli üçün çox əhəmiyyətli tədbir oldu. Konqresi yüksək səviyyədə təşkil etdiyinə görə AZƏRTAC və Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm". Bunu SİA-ya açıqlamasında Makedoniyanın MİA xəbər agentliyinin direktor müavini Halit Aydini deyib.
O, Azərbaycanın nüfuzlu, sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb: "Azərbaycan iqtisadiyyat, idman, media və bu kimi digər mühüm sahələrə investisiya yatırır və ildən ilə bunun bəhrəsini görür. Bakıda təşkil olunan Dünya Xəbər Agentliklərinin V Konqresi də buna parlaq nümunədir".
H.Aydini media qurumlarının startap şirkətləri ilə əməkdaşlığının qaçılmaz və vacib olduğunu bildirib: "Çünki media yeni texnologiyalarla ayaqlaşamalıdır. Ənənəvi xəbər agentlikləri yeni texnologiyalardan, yenilənmiş versiyalardan istifadə etməsələr, uğur qazana bilməzlər. Konqresdə məhz belə mühüm mövzular müzakirə olundu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB