Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik AZƏRTAC -a keçdi

Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik AZƏRTAC -a keçdi

Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik Azərbaycana keçib. SİA-nın məlumatına görə, bu barədə qərar Dünya Xəbər Agentliklərinin Bakıda keçirilən V Konqresində verilib. AZƏRTAC Dövlət Xəbər Agentliyi 2016-cı ildən 2019-cü ilə qədər Konqresə sədrlik edəcək. AZƏRTAC-ın baş direktoru Aslan Aslanov 2019-2022-ci illər üçün Dünya Xəbər Agentliklləri Konqresin prezidenti seçilib. Bağlanış mərasimində çıxış edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov konqresin getdikcə güclənəcəyinə inandığını bildirib: "Bu tədbirdə iştirak edən hər bir şəxsə təşəkkür edirəm. Bu tədbirin keçirilməsinə şərait yaratdığı üçün Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edirəm. Dövlət başçısı bu gün Konqresin nümayəndə heyətini qəbul etdi, çox dəyərli tövsiyələr verib. Heydər Əliyev Fonduna, Heydər Əliyev Mərkəzinə də dərin minnətdarlığımızı bildiririk". A. Aslanov Azərbaycanın hazırda sürətlə inkişaf edən, söz azadlığı sahəsində olan olan dövlət olduğunu vurğulayıb. Konqresin bağlanış mərasimində həmçinin bəyanat qəbul edilib. Qeyd edək ki, 2013-cü ildə Dünya Xəbər Agentlikllərinın Ər-Riyadda keçirilən konqresində AZƏRTAC bir neçə xəbər agentliyi arasında gizli səsvermə yolu ilə daha çox səs tolpayaraq 2016-cı ildən 2019-cu ilə qədər konqresə sədrlik etmək hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə