Azərbaycanda nadir hadisə baş verib. Respublika Perinatal Mərkəzində ana 5 uşaq dünyaya gətirib. Bu barədə 170 saylı məktəbin müəllim kollektivi və xəstənin yaxınları məlumat veriblər.
Əzimzadə Aysel Əbülfəz qızı bir neçə saat əvvəl 4 oğlan və bir qız uşağı dünyaya gətirib. Həkimlərin böyük səyi nəticəsində uşaqlar sağlam dünyaya gəliblər.
Uşaqlar arasında ən böyük çəkisi olan 500 qramdır.
Beşəmlərin hamısı tələf olub. Bu barədə respublikanın baş mama-ginekoloqu və mərkəzin direktoru Sevinc Məmmədova məlumat verib.
Direktor bildirib ki, bu, 1991-ci il təvəllüdlü Aysel Əzimzadənin ikinci hamiləliyi olub. "O, noyabrın 11-də kəskin qanaxma ilə mərkəzə gətirilib. Onun qaraciyərindəki problemləri qanına təsir edib. Qadın hazırda mərkəzdə müalicə olunur", - S.Məmmədova əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB