Bu gün Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin bağlanış mərasimində BMT baş katibi Pan Gi Munun müraciəti oxunub. Sİ̇A-nın məlumatına görə, müraciətdə bildirib ki, ifadə azadlığı qlobal yol xəritəsi üçün vacibdir: "Xəbər agentlikləri informasiyaların yayılmasında mühüm rol oynayır. Internet sayəsində daha çox insanlar informasiya alır və məlumatlı olur. Səhv informasiyaların yayılması münaqişələrə, nifrətə zəmin yaradır. Çəkinmədən obyektiv informasiyalar vacibdir. Azad mediaya dəstək artırılmalıdır. Senzura və jurnalistləri qorxutma ifadə azadlığını sual altına qoyur. Ötən dövrdə 827 jurnalist qətlə yetirilib. Jurnalistlərin təhlükəsizliyi təmin edilməlidir. Dünyada ənənəvi və yeni jurnalistlər hədələnir, həbs olunur. Bir çox hallarda bu, hökumətlərin razılığı ilə olur. Hökumətlər, BMT bu sahədə öhdəliklər götürməlidir. Konqresin keçirilməsinə görə Azərbaycan təşəkkür edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB