Aslan Aslanov: "2019-cu ilə qədər konqresə sədrlik etmək hüququ qazanmışıq” AÇIQLAMA
Dünya informasiya siyasətində Dünya Xəbər Agentlikləri Konqresinin çox mühüm yeri var. Dünyanın 7 böyük regional təşkilatı bu konqres ətrafında birləşir". SIA-nın məlumatına görə, bunu "Azərtac"ın baş direktoru Aslan Aslanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ilk dəfə 1956-cı ildə Avropa ölkələri xəbər agentlikləri bir araya gəlib: "Avropa xəbər agentliklərinin işinin istiqamətləndirilməsi, təcrübə mübadiləsi, idarəetmənin təkmilləşdirilməsi və digər məsələlərin həlli məqsədilə Avropa Ölkələri Xəbər Agentlikləri Alyansını yaradıblar
Bu təcrübə səmərəli olduğu üçün sonradan bu cür təşkilatlar digər regionlarda da yaradılmağa başlandı. UNESCO-nun köməkliyi ilə Ərəb ölkələri İnformasiya Agentlikləri Alyansı yarandı, Afrika ölkələri bir təşkilat yaratdı, Latın Amerikası ölkələri başqa bir təşkilatda birləşdilər. Ancaq 2004-cü ildə bu beynəlxalq təşkilatlar qərara aldılar ki, dünya informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmək üçün üst qurum lazımdır ki, regional təşkilatları öz ətrafında birləşdirsin, təcrübə mübadiləsi daha geniş şəkildə aparılsın və beləliklə də, Dünya Xəbər Agentlikləri Konqresi yaradıldı. Ilk konqres 2004-cü ildə Moskvada keçirildi və dünyanın təxminən 60 ölkəsinin xəbər agentlikləri burada təmsil olundu".
A.Aslanovun sözlərinə görə, bu gün konqres dünyanın 100-ə yaxın xəbər agentliklərini öz ətrafında birləşdirir. İndiyə qədər Dünya Xəbər Agentliklərinin bir neçə konqresi keçirilib. Çox sevindirici haldır ki, 2013-cü ildə Ər-Riyadda keçirilən konqresdə biz bir neçə agentlik arasında gizli səsvermə yolu ilə daha çox səs tolpayaraq və 2016-cı ildən 2019-cu ilə qədər konqresə sədrlik etmək hüququ qazanmışıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB