Səlim Müslümov: "Gələn ilin büdcəsində sosial xərclərdə azalma yoxdur"

Səlim Müslümov: "Gələn ilin büdcəsində sosial xərclərdə azalma yoxdur"

Azərbaycan 2017-ci ildə dövlət büdcəsində nəzərdə tutulan sosial xərcləri azaltmayacaq. SİA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, Azərbaycanda sosial sahə daim diqqətdə olub: "Ölkədə hər şey insanların rifahının yüksəlməsinə yönəlib. Baxmayaraq ki, dünyada iqtisadi böhran yaşanır, ÜDM-də müəyyən azalma var, amma sosial xərclərdə azalma yoxdur. Əksinə, müəyyən artımlar nəzərdə tutulub".

Bütün xəbərlər Facebook səhifəmizdə