Miklos Haraszti: "Biz senzuraya qarşı mübarizə aparmalıyıq"

Miklos Haraszti: "Biz senzuraya qarşı mübarizə aparmalıyıq"
"1980-ci illərdə dövlətlər bəzi məlumatları dövlət sirri kimi təqdim edib, açıqlamayıblar. Ancaq sonra demokratik dövlətlər bu informasiyaları açıqladılar, şəffaf cəmiyyət qurmağa başladılar". SIA-nın xəbərinə görə, bunu Mərkəzi Avropa Universitetinin Avropa Qonşuluq Araşdırmaları Mərkəzinin insan hüquqları departamentinin rəhbəri Miklos Haraszti Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində çıxışı zamanı deyib. O bildirib ki, internetin inkişafı bu sahədə sərhədləri aradan qaldırıb: " Biz tərəddüd etmədən senzuraya qarşı mübarizə aparmalıyıq. Senzura həm də bəzi informasiyalara məxtəliflik donu geyindirilməsi ilə gizlədilməsidir. Məxfi məlumatarın yayılması ilə bağlı Cinayət Məcəllələrində maddələr yer alır. Ancaq "Wikileaks" saytı məxfi sayılan məlumatları yaydı. Məxfi məlumatlar xəbərlərin hazırlanmasında çox vacibdir. Bəzi ölkələrdə xəbər agentliklərinə münasibətdə akkreditasiya və digər məsələlərdə ayrı-seçkilik də müşahidə olunur. Agentliklər, jurnalistlər insan haqları sahəsində araşdırma aparırlar. Həmin jurnalistlər müxtəlif bəhanələrlə həbs edilməməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə