Zlatna Kostova-Todorova: "Bakı Konqresində mövzu seçimləri çox uğurludur" AÇIQLAMA
"Dünya Xəbər Agentliklərinin V Konqresi çox maraqlıdır. Bakı Konqresində mövzu seçimləri çox uğurludur". Bunu SİA-ya açıqlamasında Bolqarıstanın BTA xəbər agentliyinin beynəlxalq əlaqələr şöbəsini müdiri Zlatna Kostova-Todorova deyib.
O bildirib ki, tədbirdə dünyanın müxtəlif xəbər agentliklərinin rəhbərləri fikir mübadiləsi aparır, təcrübələr öyrənilir: "Konqresdə yeni texnologiyaların tətbiqinin xəbər agentliklərinə təsiri, mövcud problemlərdən çıxış yolları və digər çox önəmli məsələlər müzakirə olunur. Bu tədbir dünya mediasının inkişafında öməmli rol oynayacaq".
Şöbə müdiri Bakını çox bəyəndiyini qeyd edib: "Bundan öncə 2 dəfə Bakıda olmuşam və şəhəri gəzmişəm. Bakını çox bəyənirəm. Bizim AZƏRTAC-la uzunmüddətli əməkdaşlığa söykənən müqaviləmiz var. Bu əməkdaşlıqdan çox çəmnunuq. Əminəm ki, AZƏRTAC 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə yüksək səviyyədə sədrlik edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB