Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi öz işini davam etdirir. SİA-nın xəbərinə görə, konqres çərçivəsində ABŞ-ın Asocieted Press (AP) agentliyinin beynəlxalq xəbərlər üzrə vitse -prezident Con Danişevskini moderatorluğu ilə 5-ci sessiya keçirilir.
"Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları" mövzusunda keçirilən sessiyada ilk çıxış edən "Tripod Advisors" media şirkətinin təsisçisi və icraçı direktor David Şlesinger bildirib ki, jurnalistlər oğurlanır, qorxudulur, girov götürülür.
Onun sözlərinə gprə, belə olan halda uduzan cəmiyyət olur: "Bu demokratiya demək deyil. Hər bir cəmiyyət inkişaf etmək istəyirsə, o məlumatlı olmalıdır. Jurnalistlər bu mübarizədə vacib iştirakçılardır. Amma bəzi hallarda onlar bu mübarizədən kıəarda qalır. Bəzi liderlər mətbuat orqanlarını bağlayır, mətbuatdan gizlənir, jurnalistlərə qarşı zorakılığa göz yumur, onların həyatlarını hədə altında saxlayırlar. Əgər kimsə həqiqəti araşdırısa o qorxulu insan kimi təqdim edilməməlidir".
İcraçı direktor qeyd edib ki, bir çox hallarda jurnalistlərin qətli olduğu kimi təlqin edilmir, buni törədənlər cəzalandırılmır:"BMT etiraf edir ki jurnalistlər vacib iş aparır, onlara qarşı hücumlar pislənir. Jurnalistlərə qarşı cəzasızlıq mədəniyyəti qalmaqdadır. Repartyor dövlət idarəçilik sahəsində pisliyi araşdırdığına görə öldürülür. Ölüm hallarının davamı qəbuledilməzdir. Biz bu konfransda öndəlikıəri üzərimizə götürüb bunların qarşısının alınmasına qarşı tədbirlər görməliyik. Jurnalist peşəsini qorumalıyıq. Bloggerlər, müstəqil repartyorlar bizim həmkarlarımızdı biz onları qorumalıyıq. Əgər jurnalisti mətbuat konfransına buraxılmırsa, bu hər birimiz üçün bir mesajdır. Əgər jurnalist qətlə yetirilirsə, bu bizim peşəmizə ağır zərbədir. Biz ölkəmizdə çarçı olmalı, jurnalistlərı qarşı qorunma həyata keçirilməliyik. Dövlətlərin bu sahədəki işi təkmilləşdirilməlidir. BMT-nin 22-ci qətnaməsi yerinə yetirilməlidir. Belə olan halda cəmiyyət təkmil olar. Əgər söhbət tərəqqidən gedirsə, biz öz işimizdə şəffaflığı təmin etməliyik. Gəlin qapıları açıq saxlayaq, silahlara qarşı çıxaq, jurnalistlər həqiqəti söylədiklərinə görə qətlə yetirilməsinlər. Biz redaktorlar otaqlarda oturur lakin jurnalistlər ön cəbhədədirlər. Biz onları qorumalıyıq. Jurnalist əsgər deyil, lakin öz işinə görə mübarizə aparır. Biz bu mübarizənin təhlükəsiz şəraitdə aparılmasına çalışmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB