"Xəbərlər dəqiq şəkildə səhifələrə yerləşdirilməlidir" UNESCO-nun baş direktor müavini

"Xəbərlər dəqiq şəkildə səhifələrə yerləşdirilməlidir" UNESCO-nun baş direktor müavini

"Jurnalizmdə qlobal dəyişiklik başlayıb və jurnalistlərin təlim prosesi dəyişib". SİA-nın xəbərinə görə, bunu UNESCO-nun baş direktor müavini Enqida Qetaçyu Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində çıxışı zamanı deyib.

O bildirib ki, jurnalistlərin təhsili xəbərlərin formalaşması, hekayələrin qurulmasında mühümdür. Biz ənənəvi jurnalizmdən kənarlaşmalıyıq. Elə bir erada yaşayırıq ki, bu gün yaxşı jurnalizmin təşkili mühümdür. Yeni texnologiyaların inkişafı təhlükəsizlik məsələsini ortaya çıxarır. Jurnalistlərin təlimi ilkin baza biliklərindən başlanmalıdır. UNESCO bununla bağlı kifayət qədər təlimlər keçirir. Medianın azadlığı mülki təhsillə başlayır. Onlar ilk növbədə vətəndaş daha sonra jurnalistdirlər. Jurnalistlərin təlim prosesi bir nömrəli tapşırıqdır. Onlar qeyri-düzgün informasiyanın qarşısını almağa çalışmalı, xəbərlər dəqiq şəkildə səhifələrə yerləşdirilməlidir. Mükəmməl jurnalizm təhsili bu problemlərin qarşısını almağa kömək edir. Biz davamlı inkişaf mühitində yaşadığmız üçün bu mühitə uyğunlaşmalıyıq. Bu asan iş deyil. Təhsil sistemi dəyişib, uşaqlarımız maraqlı təhsil prosesi ilə üzləşirlər. Biz inkişaf etmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə