"Ön cərgədə olmaq istəyiriksə, operativ olmalıyıq" "Los -Angeles Times" qəzeti

"Ön cərgədə olmaq istəyiriksə, operativ olmalıyıq" "Los -Angeles Times" qəzeti

"Bu gün mövcud olan mütərəqqi platformalar çərçivəsində gün ərzində xəbərlərin verilməsində vaxt fərqi çox azdır. Çünki hazırda xəbər platformaları arasında texniki üstünlük o qədər də böyük deyil". SİA-nın xəbərinə görə, bunu "Los -Angeles Times" qəzetinin icraçı direktor müavini Skot Kraft Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində çıxışı zamanı deyib.

O deyib ki, jurnalist məlumat verilmədikdə, hər hansı məlumatın gizli saxlanıldığı zamanı xəbərin necə yayılmasını və informasiyanın hansı çəçivədə gizli saxlanmalı olduğunu bilməlidir: "ABŞ-da seçkilər zamanı jurnalistlər böyük rol oynadı. Əvvəllər çap media orqanları üstünlük təşkil edirdisə, indi hər bir jurnalistdən daha sürətli işləmək tələb olunur. Operativlik proqramını tərtib etmişik. Həmin proqram jurnalistlə yanaşı fotomüxbir və kameramanlara da aiddir. Baş verənlər daha tez bir zamanda səhifələrə yeləşdirilməlidir. Siyasi sahədə köklü hadisə baş verirsə, onun ön səhifəyə qoyulmasını deyil, həmin hadisənin dərindın araşdırılıb daha düzgün məlumatın yayılmasına çalışırıq. Əgər biz ön cərgədə olmaq istəyiriksə, operativ olmalıyıq. Seçki kimi böyük siyasi hadisə, terror hücumları olursa, onlar həmin günlər ərzində çap mətbuat orqanlarının ön səhifəsində olur. Xəbər agantliklərinin müxtəlif şöbələrinin rəhbərləri bir araya gəlib bəzi məsələlərdə birgə çalşmalıdırlar. Xəbər gündəlik əsaslarla təkmilləşdirilməlidir. Xəbərin dəyərinə gəldikdə bunu vacib hesab edirik. Biz xəbər agentliklərinin arasında daim əlaqələrin və təmasların saxlanmasının tərəfdarıyıq. Medianın irəliyə doğru aparılmasında bu əsas məqamdır. Bizim üzərimizə düşən rol artır. Biz hər hansı proses baş verirsə ona əvvəldən hazır olmalı, şablonlardan istifadə etməklə, düzgün kontekstə uyğun xəbər hazırlayıb tez bir zamanda yaymalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə