"İnternet qlobal dəyişikliyə yol açır". SİA-nın xəbərinə görə, bunu Meksikanın "Notimex" agentliyinin baş icraçı direktoru Alexandro Romos Eskivel Dünya Xəbər Agentlikərinin V Konqresində sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, texnologiyada böyük dəyişikliklər baş verir, smartfonlar əsas xəbər mənbəyi rolunu oynayır: "Televiziya və radio dinləyicilərinin sayı azalır, ənənəvi media qurumlarının gəliri azalır. Bu, o deməkdir ki, ənənəvi media aradan çıxır. Jurnalistlər rəqəmsal texnologiyaya yiyələnməlidir. Bu gün dünya bir-birinə çox bağlıdır. Meksikada rəqəmsal ekosistem yaratmışıq. Bu, xəbər agentliyinin yeniliklərlə bağlı xəbər hazırlayarkən yeni üsullardan istifadə etməsini şərtləndirir. Eyni zamanda bunun sayəsində bizim agentliyin dünyanı əhatə etməsi də genişlənir. Jurnalistlərə təlimlər keçir, yeni texnologiyaları öyrədirik ki, yeni mənbələrə və istifadəçilərə çıxış əldə etsinlər. Biz ali məktəb tələbələri ilə görüşlər keçirir və ən bacarıqlılarını işə dəvət edirik. Onlar böyük jurnalist olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB