Juan Maria Kalvo Roy: "Konqres iştirakçıları üçün yüksək şərait yaradılıb" AÇIQLAMA
"Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində dünyanın hər yerindən müxtəlif xəbər agentliklərinin rəhbərləri iştirak edir. Fərqli struktura sahib olan xəbər agentliklərinin rəhbər şəxslərinin bir araya gəlməsi, təcrübələrin bölüşdürülməsi dünya mediası üçün çox önəmli hadisədir". Bunu SİA-ya açıqlamasında İspaniyanın EFE xəbər agentliyinin prezidentinin beynəlxalq əlaqələr üzrə müşaviri Juan Maria Kalvo Roy deyib.
O qeyd edib ki, Konqresdə ən öndə gedən, beynəlxalq xəbər agentlikləri ilə yanaşı, orta, regional xəbər agentlikləri də iştirak edir: "Bu da kiçik və orta xəbər agentliklərinin daha böyük agentliklərin təcrübəsindən yararlanmasına imkan yaradır. Azərbaycan hökumətinə, AZƏRTAC-a və Heydər Əliyev Fonduna belə önəmli tədbirin təşkilinə görə minnətdarlığımızı bildiririk. Möhtəşəm memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində konqres iştirakçıları üçün yüksək şərait yaradılıb. Burada böyük ekranlardakı təqdimatlar da xüsusi alqışa layiqdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB