"Dünya mediasına qeyri-peşəkarlar daxil olur" France Press

"Dünya mediasına qeyri-peşəkarlar daxil olur" France Press

Mənim üçün ən böyük dəyişiklik medianın sosial mediaya keçid idi". SİA-nın xəbərinə görə, bunu Fransanın France Press (AFP) agentliyinin qlobal xəbər departamentinin üzvü Erik Vişart Dünya Xəbər Agentliklərinin konqresində 4-cü sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, dünya mediasına qeyri peşəkar jurnalistlər daxil olurlar ki, onlar mütləq şəkildə təlim keçməlidirlər.

Onun sözlərinə görə, xəbər mətnini hazırlayan şəxslər hansı dəqiqliklə xəbər hazırlamalı, şəkil formatlarını ayırmalıdırlar: "Jurnalistlər yaydıqları xəbərlərə məsuliyyət daşımalıdırlar. Bu, dəqiq məlumatların yayılmasında mühüm şərtdir. Bu məsələlər jurnalistlər üçün keçirilən təlimlərdə geniş müzakirə edilməlidir. Jurnalistlər xəbərin hazırlanması ilə bağlı bütün bacarıqlara malik olmalıdırlar. Jurnalistlər xəbər və ya reportaj hazırladıqda göstərilməsi tövsiyyə edilməyən və qurbanların ailələrinə mənfi təsir göstərən şəkillərdən istifadə etməməlidirlər. Xəbər toplayıcılar savadlarını daha da dərinləşdiriməlidirlər. Elə dərsliklər var ki, onlar jurnalistlər üçün vacibdir. Burada vizual məlumatların yoxlanması ilə bağlı qaydalar var ki, həmin qaydalar sosial mənbələrlə çalışan jurnalistlər üçün xüsusi kitabçalar şəklində çap edilib. Ümumiyyətlə, bu kimi məsələlələrin müzakirəsi üçün xəbər agentliklərin bir araya gəlməsi çox mühümdür".

"Mediada bəzi etik çərçivələr var ki, həmin qaydalara riayət edilməsi vacibdir. Heç bir jurnalist deyə bilməz ki, mən bu qaydalardan kənaram. Jurnalist tarixi ədalətli şəkildə yaymalıdır. Bu işin emosianal tərəfləri var və hər bir media nümayəndəsi bu tərəflərə hazır olmalıdır", - deyə, Erik Vişart əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə