Hana Qrosu: "Bakı Avropa paytaxtları arasında özünəməxsus yer tutur" AÇIQLAMA

Hana Qrosu: "Bakı Avropa paytaxtları arasında özünəməxsus yer tutur" AÇIQLAMA

"Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi yüksək səviyyədə təşkil olub. Burada müzakirə olunan mövzular çox mühüm və əhəmiyyətlidir". Bunu SİA-ya açıqlamasında Slovakiyanın Tasr xəbər agentliyinin departament müdiri xanım Hana Qrosu deyib.

O, Konqresin dünya mediasının inkişafına təkan verəcəyini qeyd edib: "Sessiyalarda bildirildiyi kimi, xəbər agentlikləri qlobal dəyişikliklərin olduğu dünyada daha dəqiq, operativ işləməli və daha dolğun xəbərlər yaymalıdırlar. Bu tədbir medianın bir çox sahələrdə uğulu inkişafına töhfə verəcək".

Departament müdiri Bakıya heyran olduğunu bildirib: "Dünyanın bir çox ölkəsində olmuşam. Bakıda özümü bir anlığa sehrli nağıllar aləmində təsəvvür etdim. Şəhərinizin gözəlliyinə valeh odum. İnsanların üzündəki təbəssüm və səmimiyyət hər kəsə xoş təsir bağışlayır. Azərbaycana bir daha gəlməyi çox istərdim. Bakı Avropa paytaxtları arasında özünəməxsus yer tutur. Burada çox səmimi qarşılandıq. Bizim üçün yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığımı bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə