Bu gün Milli Dirçəliş Günüdür

Bu gün Milli Dirçəliş Günüdür

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. Xatırladaq ki, Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapıb.

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr – 5 dekabr, 1988-ci il) başlayıb. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdılıb.

17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə