Coan Lin Veir: "Mobil jurnalizmə keçmişik"

Coan Lin Veir: "Mobil jurnalizmə keçmişik"

Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi davam edir. SİA-nın xəbərinə görə, konqresin 4-cü sessiya öz işinə başlayıb. "Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi" mövzusunda keçirilən sessiyaya Ərəb Xəbər Agentlikləri Alyansının (FANA) baş katibi Fərid Əyar moderatorluq edib.

İlk çıxış edən "DMA Media" şirkətinin təlimlər üzrə direktoru Coan Lin Veir jurnalizm təlimi prosesinə uzun illərdir cəlb olunduğunu qeyd edib. Jurnalistlər üçün təlim kurslarının əhəmiyyətindən danışan Coan Lin Veir bildirib ki, təlimlər çox maraqlı olmaqla yanaşı dünyanın müxtəlif xəbər agentlikləri ilə əməkdaşlıq imkanı yaradır.

"2016-cı il texnologiyanın inkişafı işçi heyətinin ixtisarına səbəb olub. Bu müasir tələbə uyğun həyata keçirilir. Medianın müasir texnologiyaya ehtiyacı var. Bu baxımdan jurnalistlər üçün keçirilən təlimlər daha uzun müddətli olmalıdır. Bu gün xəbərlərin əksəriyyəti müasir əsaslı formatlarda tərtib olunur. Jurnalistlər üçün 3-6 həftəlik kurslar keçirilsə də, onların daha çox məlumatlanmasına ehtiyacları olur. Mobil jurnalizm hazırda daha geniş yayılıb. Artıq xəbəri o qədər də bahalı texnologiayadan istifadə etmədən istehsal edə bilirik. Jurnalistlər özlərinin video xəbərlərini rahat şəkildə hazırlaya biilirlər. Kiçik aksessuarlar, mobil vasitələr belə xəbərlərin hazırlanmasına kömək edir. Junalistlər hazırladıqları materialları rahat və tez şəkildə sosial şəbəkələrdə yaya bilir və geniş izləyici toplaya bilirlər. Canlı reportajlar izləyicilər üçün daha maraqlıdır. Sosial media hazırda çox güclü vasitədir".

Bütün xəbərlər Facebook səhifəmizdə