Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli əşya aşkar ediblər

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli əşya aşkar ediblər

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində döyüş sursatı aşkarlanıb. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımı tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursata baxış keçirilib. Məlum olub ki, bu təlim-tədris təyinatı üçün nəzərdə tutulmuş və döyüş tətbiqinə yararsız 7 ədəd 100 millimetrlik çaplı aviasiya mərmisinin başlığıdır. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 12:45-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə