Xəbər direktoru: "Jurnalistlər birlikdə daha böyük təsirə malik olurlar" AÇIQLAMA
"Jurnalistlər birlikdə güc olaraq daha böyük təsirə malik olurlar və daha böyük mədəniyyətləri təmsil edirlər". Bunu SİA-ya açıqlamasında Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak edən ABŞ-ın Associated Press agentliyinin Asiya və Sakit okean ölkələri üzrə xəbər direktoru Ted Antoni deyib.
O qeyd edib ki, media sahəsində problemlər iki yerə bölünür: "Bunlar sırf jurnalistika və biznes problemləridir. Jurnalistika problemləri daha qlobal sahəni əhatə edir. İnsanlar get-gedə xəbəri pulsuz almaq istəyirlər. Ancaq başa düşməlidirlər ki, media da pul qazanmalıdır və inkişaf etməlidir. Bu da problemlərdən biridir və çıxış yolları tapılmalıdır".
Xəbər direktoru Dünya Xəbər Agentliklərinin V Konqresinin media problemlərinin həllində mühüm rol oynadığını bildirib: "Konqresdə sessiyalarda iştirak etdim. Müxtəlif mövzularda fikirlərimi bildirdim. Burada iştirak edən jurnalistlər öyrəndiklərini ölkələrində insanlarla bölüşüb, tətbiq edəcəklər. Bu, məsələlərin həllinə daha da kömək edəcək. Ona görə konqres yüksək əhəmiyyətə malikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB