Dünya Xəbər Agentliklərinin növbəti Konqresi 2019-cu ildə keçiriləcək 2-ci sessiya
Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində 2-ci sessiya keçirilir. SİA-nın xəbərinə görə, "Xəbər agentlikləri -yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları" adlı sessiyaya OANA baş katibi, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman moderatorluq edir.
İlk çıxış edən Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park No-Hvanq tədbirin böyük əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, konqres çərçivəsində müzakirə olunan mövzular xəbər agentlikləri və onların gələcək fəaliyyətləri üçün mühüm əhəmiyyətə malikdir. O, dünya xəbər agentliklərinə sıx əməkdaşlığa görə minnətdarlığını bildirib: "Agentliyimizin yeni platforması var. Həmin platforma 2018-ci ildə həyata keçiriləcək qış olimpiadası üçün nəzərdə tutulub. Bura biz hekayələr, video- roliklər, şəkillər yerləşdirəcəyik. Layihə gələn il bitiriləcək. Çoxlu sayda xəbər agentlikləri bu layihəyə qoşulacaq. Burada iştirak edəcək xəbər agentlikləri oradan səmərəli şəkildə istifadə edə biləcəklər. Bizə qoşulun və gələcəyə bir yerdə gedək".
Daha sonra çıxış edən Avstraliyanın AAP agentliyinin baş direktoru Toni Gilliyas çıxış edib. O bildirib ki, medianı icra edın şəxlərdə dəyişmə meylləri hiss olunur:"Biz dəyişkən mühitdə yaşadığımız meyllərə tez uyğunlaşa bilirik. Biz tarixə baxsaq film sənayesindən 82 il keçib, 10 il bundan öncə DVD-lər dəbdə idi, hazırda isə yeni texnologiyalardan istifadə edirik. İnstagram, Tvitter kimi sosial şəbəkələr bu gün əsas media məkanlarına çevrilib. 2019- cu ildə keçiriləcək növbəti konqresdə digər yeniliklərin şahidi olacağıq. Xəbər agentlikləri mühüm proseslərdə iştirak etməklə biznes proseslərin həyata keçiriməsi məqamları ilə rastlaşırlar. Bu, pis proses deyil, əksinə innovativ texnologiyanın inkişafı bu proseslərdən əldə olunan səmərəni göstərə bilir. Abunəçilərin, izləyicilərin sayının çoxalması media orqanlarının hədəf dairəsini artırmış olur. İstənilən qəzetin kiçik bir hissəsi xüsusi marağa səbəb olur, yalnız 20 faiz xəbərlər auditoriyaya təsir göstərə, onun marağına səbəb ola bilir. 80 faiz isə nəşriyyatçının maraq dairəsi özünü göstərir. Son illər texnologiya təkmilləşdirilib. Bu gün onu tam şəkildə təkmil saymaq olmaz, amma bununla bağlı irəliləyişləri görmək mümkündür. Nə qədər çox insan proqram təminatından istifadə etsə, o daha da təkmilləşəcək".
Böyük Britaniyanın "Press Association" agentliyinin baş redaktoru Piter Klifton bildirib ki, agentliyimiz məlumatları ictimaiyyətə müxtəlif formatda çatdırır. Biz 150 ildir ki fəaliyyət göstəririk. Biz öz dəyərlərimizi qurmuşuq. Prinsiplərimizin əsasını müstəqillik, sərbəstlik, səlistlik təşkil edir. Cəza, prezident, polislə bağlı tədbirlər bizim diqqətimizdədir. Biz texnologiyalardan istifadə edirik, lakin jurnalistlərin bilik-bacarıqlarına sərmayə qoyulmalıdır. Biz jurnalistlər üçün treninqlər keçirmişik. Bu istiqamətdə mütəxxəssislərimiz həftəlik təlim kursları keçirib, onların bilik və bacarıqlarının artırılmasında böyük rol oynayıblar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB