Azərbaycan və Küveyt hava əlaqəsi haqqında saziş imzaladılar FOTO

Azərbaycan və Küveyt hava əlaqəsi haqqında saziş imzaladılar FOTO

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və Küveyt Mülki Aviasiya İdarəsininbaş direktoru Yusif Əl-Fuzan (Yousef Al-Fouzan) iki ölkə arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş imzaladılar. AZAL QSC-dən SİA-ya verilən məlumata görə, qeyd olunan sazişin imzalanması nəticəsində ölkələr arasında hava əlaqəsinin açılması üçün maneələr aradan qaldırıldı ki, bu da Azərbaycan və Küveyt arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək.

Mülki aviasiya ölkələr arasında millətlərarası mübadilənin təmin olunmasında mühüm rol oynayır və Azərbaycanla Küveyt arasında sərnişin daşımaları bazarının tələbatını ödəməyə hazırdır. Xüsusilə, Azərbaycanın Milli daşıyıcısı "Azərbaycan Hava Yolları"və yükdaşıyıcısı"Silk Way Airlines" Küveyt şəhərlərinə birbaşa reyslərin açılması imkanlarını araşdırırlar. Eyni zamanda, Küveytin "Əl-Cəzirə" aviaşirkəti ölkəmizə birbaşa reyslər açmaq niyyətindədir.

Qeyd etmək istərdik ki, sazişin imzalanması cari il noyabrın 24-də Küveytdə Azərbaycanın turizm bazarının potensialının təqdimatı ərəfəsində həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə