"Ərəb dünyasında televiziyalara baxanların yaşı 30-dan aşağıdır" 1-ci sessiya
Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində 1-ci sessiya keçirilib. SİA-nın xəbərinə görə, "Xəbər istehlakının gələcəyi" adlana sessiyaya Dünya Xəbər Agentlikləri Şurasının prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal moderatorluq edir.
İlk çıxış edən "Nevs Corp" media şirkətinin redaktə şöbəsinin direktoru Alan Oakley 30 il bundan öncə "Nevs Corp" korparasiyasına qoşulduğunu bildirib. Onun sözlərinə görə, 20 il bundan öncə xəbərlər sadə formatda yazılırdı, lakin illər sonra bu format inkişaf etdi:" Radiodan televiziya xidmətləri yarandı, elektron google və digər sistemlər yarandı. Bu gün bu sahəyə qoyulan sərmayə artırılıb. Xəbərlərin yayılması üçün geniş diverfikasiya baş verib. Əmlak şəbəkəsi Avstraliyada geniş yayılıb. Lakin ötən həftə bu biznesin yeni variantı yaradılıb. Avstraliyada sosial media və reklamlar üçün nəzərdə tutulan, story-ful və yeni 24 saatlıq kanalları fəaliyyət göstərir, xəbər axınını yayan agentliklər yaranıb. Yeni maliyyə imkanlarının öyrənilməsi bu prosesi nəzarət altında saxlayır. Biz çap formasında da müxtəlif məlumatlar yayırıq. Elektron xəbərlər həyatımızı əks etdirir və bu baxımdan da xəbərlər tez-tez yenilənir. Rəqəmsal məlumatların istehlakı gələcəyin əsas prioriteti olacaq. Bu reallıqların düzgün və dəqiq qəbul olunması vacibdir. 10 ildən sonra vizual reallıqlar indikindən 10 dəfə daha çox olacaq. Tələb olunan bacarıqlar bir- birindən ayrılır bir çox təşkilatlarda çox platformalılıq var. Hər kəs məlumatı öz platformasına uyğun yayır. Lakin bütün istehlakçılar üçün nəzərdə tutulan xəbərlər yayılmalıdır"
"Al Arabiya" televiziyasının baş direktoru Turki-Al-Dakhil çıxışında "Millenial nəsil və yeni media" mövzusunda çıxış edib. O bildirib ki, Ərəb dünyasında insanların çoxunun yaşı 30 -dan aşağıdır:"Televiziyalara baxanların əksəriyyəti 30, xəbərlərı baxanlar yaşı isə 35 yaşından yuxarı deyil. Millenial nəsil 1980-ci ildən 2010-cu illəri əhatə edən nəsildir. Onlar gözləməyi sevmir, tez-tez iş yerlərini dəyişirlər. Onlar gələcəklə bağlı heç bir plan qurmur, korrupsiyaya ikrah hissi ilə yanaşırlar. Bütün bunlar millenial nəslin əsas xüsusiyyətləridir. Onlar dini baxışlardan, belə müəssisələrdın uzaqdırlar. Onlar ortaq dəyərləri əsas sayırlar. 43 faiz bu nəslin nümayəndəsi xəbərlərlə dəqiq maraqlanırlar. Onlar informasiyanı sosial şəbəkədən istifadə etməklə alırlar. Telefonlar həmin məsil üçün əsas mənbədir. Sosial media onlar üçün daha önəmli olduğu üçün millenial nəsillin 2 milyarda yaxın nümayəndəsi sosial şəbəkələrdən çox istifadə edir ki, facebook birinci yerdə durur. "Al arabia" kanalı müxtəlif cəmiyyətin maraqlarını özünə hədəf seçir. Bu kanalda millenial nəslin bütün maraqları əhatə edir. Biz ərəb dövlətlərində yeni tətbiqlərdın istifadə edirik. Ağıllı telefon və tabletlərdən istifadə etməklə gəncləri özümüzə cəlb edirik. Kanalda istifadə etdiyimiz yeni elementlər yeni yayım panelləridir. Hədəfimiz geniş auditoriyaya nail olmaqdır".
AzərTAC-ın ABŞ üzrə xüsusi müxbiri Yusif Babanlı biz ənənəvi mediaya nəzər salsaq, görərik ki əvvəllər hər hansı xəbər yalnız oxuyub hər hansı şərh yazılırdısa, indi xəbərlər daha fərqli qavranır. İndi Facebook istifadəçiləri nəinki xəbər yayanla ora şərh yazanlarla əlaqə saxlaya bilir. Texnologiya dəyişdikcə ünsiyyat əldə etmək sistemləri də dəyişir. Bu gün media autiroiyanı hədəfə götürdükdə onun maraqlarına uyğunlaşmağa çalışır. Amerikada əksər əhali xəbəri oxumur, yalnız onun başlıqlarına baxır. Bu o demək deyil ki onlar savadsızdırlar, sadəcə xəbər çox olduğuna görə ona çox zaman sərf edə bilmirlər. Bu çağırışlar media üçün mesajdır. Media bu çağırışlara cavab vermək üçün daha qısa informasiya təqdim etməlidir".
Daha sonra "Axel Springer" media şirkətinin qçobal şəbəkə departamentinin rəhbəri Romanus Otte çıxış edərək 190 şirkətə malik olduqlarını və bu orqanlarda 3000 jurnalistin çalışdığını deyib. O bildirib ki, bəzi mətbu orqnlarının iflasa uğraması onların rəqəmsallaşma proseslərinə uyğunlaşmamalarıdır:" Əslində proses ötın əsrin 90-ci illərindən başlayıb. Bu gün istifadəçilər axtarış mexanizmlərinə daha çox üstünlük verirlər"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB