MM-in komitə sədri: “Bu dəyişiklərlə sui-istifadə hallarının qarşısı alınacaq”

MM-in komitə sədri: “Bu dəyişiklərlə sui-istifadə hallarının qarşısı alınacaq”

Milli Məclisinin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Hidrometeorologiya fəaliyyəti haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, komitə sədri Eldar İbrahimov bildirib ki, dəyişikliklər "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanunun tətbiqi ilə əlaqədardır.

O, təklif edilən dəyişiklərin vacib olduğunu bildirib: "Bu dəyişikliklər dövlət orqanı, vəzifəli şəxs öz səlahiyyətlərini həyata keçirərkən onun tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısını almağa xidmət edir.

Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirib ki, təklif olunan dəyişikliklər olduqca vacibdir: "Çünki orada "ola bilər", "baxa bilər" kimi qeyri-müəyyən ifadələr "olmalıdır", "baxmalıdır" ifadələri ilə əvəz olunub. Yəni qanunun hökmü olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə