Abdullah bin Fəhd Əl-Hüseyn: "Azərbaycan Konqresə növbəti sədrliyi yüksək səviyyədə edəcək" AÇIQLAMA
"Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi yüksək səviyyədə təşkil olunub. Konqresə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk". Bunu jurnalistlərə açıqlamasında Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Xəbər Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn deyib.
O bildirib ki, Azərbaycan hər zaman nüfuzlu beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edir: "Azərbaycan indiyə qədər Dünya Xəbər Agentliklərinin Konqresinə öz dəstəyini göstərib. V Konqres də bütün dünya xəbər agentlikləri üçün vacib əhəmiyyət kəsb edir. İnanıram ki, Azərbaycan Konqresə növbəti sədrliyi yüksək səviyyədə edəcək və böyük uğurlar qazanacaq".
Abdullah bin Fəhd Əl-Hüseyn Azərbaycan xalqının qonaqpərvər olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB