Fan Veiquo: "Konqres dünya mediasının inkişafına mühüm töhfə verəcək" AÇIQLAMA
"Ölkələrimiz arasındakı məsafənin uzaq olmasına baxmayaraq, Çinlə Azərbaycanın münasibətləri həmişə yaxşı olub. Biz dünya mediasının inkiaşfında rol oynamaq üçün Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak edirik". Bunu SİA-ya açıqlamasında Çinin Sinxua xəbər agentliyinin Rusiya və Asiya ölkləri üzrə nümayəndəsi Fan Veiquo deyib.
O bildirib ki, Dünya Xəbər Agentliklərinin V Konqresi beynəlxalq medianın inkişafında mühüm əhəmiyyətə malikdir: "Tədbirdə dünyanın ən qabaqcıl xəbər agentliklərinin rəhbərləri iştirak edir. Burada önəmli məsələlər ətrafında fikir mübadiləsi aparılır. Bakıda dünya mediasının bir çox problemlərindən çıxış yolları müzakirə olunur. Ona görə bu tədbir dünya mediasının inkişafına mühüm töhfə verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB