Aslan Aslanov: "Yeniliyə qarşı müqavimət göstərmək yox, onunla ayaqlaşmaq lazımdır"

Aslan Aslanov: "Yeniliyə qarşı müqavimət göstərmək yox, onunla ayaqlaşmaq lazımdır"

"Dünyanın informasiya siyasətinin istiqamətini müəyyənləşdirən agentliklərin rəhbərləri Azərbaycanın müstəqilliyinin 25-ci ildönümündə ölkəmizə gəliblər. Azərbaycanı yüksək aktor səviyyəsinə yüksəltdiyinə, bu tədbirə xüsusi diqqət yetirdiyi üçün prezident İlham Əliyevə təşəkkür edirəm". SİA-nın xəbərinə görə, bunu AzərTAC-ın baş direktoru Aslan Aslanov Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışı zamanı deyib.

A.Aslanov tədbirə dəstəklə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib. O nəzərə çatdırıb ki, XXI əsr keyfiyyətcə yeni bir dövrdür: "İKT-nin sürətli inkişafı nəticəsində KİV sürətli transformasiyaya məruz qalıb. Texnoloji tərəqqi dünya axarının nizamını dəyişir və medianı da öz arxasınca aparır. Yeniliyə qarşı müqavimət göstərmək yox, onunla ayaqlaşmaq lazımdır. Xəbər agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi vacibdir. Azərbaycan Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə