Engida Getaçyu: "Bakıda dünya mediasında olan bir çox problemlər öz həllini tapacaq"
"Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi çox mühüm əhəmiyyətə malikdir. Burada dünya mediasında olan bir çox problemlər öz həllini tapacaq". Bunu SİA-ya açıqlamasında YUNESKO-nun direktor müavini Engida Getaçyu deyib.
O, YUNESKO-nun jurnalistləri və söz azadlığını dəstəklədiyini qeyd edib: "YUNESKO medianın qarşılaşdığı mürəkkəb məsələlərin həllinə çalışır. Bakıda keçirilən tədbirdə də dünyanın ən nüfuzlu xəbər agentliklərinin rəhbərləri görüşərək jurnalistlərin mövcud olan çətinliklərini həll etməyə çalışırlar. Burada dünya jurnalistləri öz təcrübələrini bölüşürlər, problemləri müzakirə editlər. Dünyanın bir çox ölkələrində jurnalist ölümləri olur. Belə vəziyyətlərin olmaması üçün atılacaq addımlar müəyyənləşdiriləcək, ümumilikdə fikir mübadiləsi aparılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB