DİN 84 cinayət faktı qeydə alıb

DİN 84 cinayət faktı qeydə alıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 84 cinayət faktı qeydə alınib, onların da 26-sı "isti izlər"lə açılıb.

SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə . Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 27 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə