Hərbi qulluqçumuz şəhid olub

Noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu şəhid olub. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına təqdim olunub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Bütün xəbərlər Facebook səhifəmizdə