Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlər Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş vasitələrinin də iştirakı ilə davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aviasiya vasitələrinin, şəxsi heyətin döyüş hazırlığı və HHQ-nin müasir avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətləri yoxlanılıb.
Tam hazır vəziyyətə gətirilən 50-dən artıq hərbi təyyarə və helikopter ehtiyat aerodromlardan döyüş uçuşları yerinə yetirib.
Havaya qaldırılmış hərbi təyyarə və helikopterlər düşmənin fəaliyyətinin qarşısının alınması və qəflətən qarşıya çıxan düşmən hədəflərinin atəşlə məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB