Bu gün Bakı Slavyan Universitetində Beynəlxalq tolerantlıq gününə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Universitetin rektoru Nurlana Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşei və digərləri iştirak edib.
Tədbirdə il çıxış edən Universitetin rektoru Nurlana Əliyeva bildirib ki, tədbir BMT Baş Assambleyasının 1996-cı il qərarına əsasən Beynəlxalq Tolerantlıq gününə həsr edilib.
Onun sözlərinə görə, tolerantlıq insanın dinindən, irqindən, dilindən, təriqətindən asılı olmayaraq, ona hörmət məhəbbət və qayğı göstərmək deməkdir: "Tolerantlıq bütün müharibələrin, təxribatların qarşısını alan qüdrətli bir silahdır.O bütün bəşəriyyətə lazım olan elə bir amildir ki, onun Azərbaycandan Avropaya mesaj kimi göndərilməsi hər birimizi fərəhlənidirib, sevindirir. Çünki bu gün dünyada insanların bir-birinə münasibətində çaxnaşmalar, ziddiyətlər var. belə bir zamanda Azərbaycan dünyaya tolerantlıq mesajı gönədirirsə bu ölkəmizin mütərəqqi mövqeyini bir daha göstərmiş olur. Biz bu gün tarixi zəmində tolerantlığın Azərbaycanın həyat tərzi olduğunu anlayır və öyünürük".
Daha sonra tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan tolerantlıq nümunəsi kimi digər ölkələr üçün örnəkdir. Onun sözlərinə görə, tolerantlığın təşviqi II dünya müharibəsindən xilasın əsa yoludur: "Bu gün dünyada müharibələr, terror hadisələri baş verir. Vəziyyət heç də ürək açan deyil. 63 ölkəd İŞİD adlanan terror təşkilatına qarşı mübarizə aparsa da hələ də onun qarşısı alınmır. Sosial müharibələr böyük müharibələrə siqnaldır. Bu baxımdan bu gün keçirilən tədbir bəşəriyyətin xeyrinə aparılan təşviqatın biridir".
Tədbirdə həmçinin Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein çıxış edib. O çıxışı zamanı Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıqdan söz açıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-ci ili "Multikulturalizm İli "elan etməsi Azərbaycanda tolerantlığa və multikulturalizmə verilən qiymətin bariz nümunəsidir. Azərbaycanda müxtəlif mədəniyyətlərin cəmləşdiyini deyən Aleksandr İşen qeyd edib ki, burada müxtəlif dinləri təmsil edın nümayəndələr heç bir maneə olmadan rahat yaşaya və fəaliyyət göstərə bilir: " Vaxtilə multikulturlizm deyilən sözü tanımırdıqsa, hazırda bu söz beynəlxalq terminə çevrilib. Hər kəs multikulturalizmi müxtəlif cür anlayır. Azərbaycanda tolerantlıq görüldüyündən də artıqdır".
Konfransın davamında ali məktəbin tələbələrinin ifasında müxtəlif musiqilər səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB