Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini səhiyyə naziri Oqtay Şirəliyevlə görüşüb. SİA-ya Meksikanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, nazir əvvəlcə rəhbərlik etdiyi qurum, onun fəaliyyəti və funksiyaları haqqında məlumat verib. Həmçinin, son illərdə ölkənin tibb sahəsindəki yeniliklərdən söz açıb.
Səfir Labardini, öz növbəsində, Meksikada tibbin inkişafından və onun sosial sektorun irəliləməsində müsbət təsirindən danışıb. Bundan əlavə, diplomat ölkəsində geniş şəkildə yayılmış tibbi turizmə toxunaraq, onun həm tibbi həm də turizm sənayelərində rolunu qeyd edib.
Tərəflər hər iki ölkənin əməkdaşlıq edə və təcrübələrini qarşılıqlı şəkildə zənginləşdirə biləcəyi tibb sahələri və onlara aid sektorlar barədə fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB