“Narkomaniyaya qarşı gənclərin teatr festivalı”

“Narkomaniyaya qarşı gənclərin teatr festivalı”

Hacıqabul rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsi cərçivəsində qalib olmuş "Narkomaniyaya qarşı gənclərin teatr festivalı" layihəsinin bağlanış mərasimi keçirilib.

SİA-nın məlumatına görə, layihə rəhbəri Sevinc Məmmədova tədbirdə festivalın uğurlu keçdiyini vurğulayıb və iştirakçılara minnətdarlığını çatdırıb. Tədbirdə çıxış edən qonaqlar narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı aparılan mübarizə metodlarında və qəbul olunan dövlət proqramından danışaraq bu sahədə daha ciddi addımların atılmasını, təbliğat işlərinin geniş vüsət almasınının vacibliyini bildiriblər. Qeyd edilib ki, regionlardakı əhalinin, xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar arasında daha məsuliyyətli işlərin görülməsinə təşviq edir.

Festival çərçivəsində gənclərə "ağ ölüm" ünvanlı bu dəhşətli bəlanın törətdiyi fəsadlar haqqında elmi söhbətlər aparılıb, məlumat verilib və maarifləndirici bukletlər paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə