Saxta sənədlərlə maşın keçirmək istədi FOTOLAR

Dövlət Sərhəd Xidmətinin əməkdaşları qanunsuz əməlin qarşısını aldı
Saxta sənədlərlə maşın keçirmək istədi FOTOLAR

Dövlət Sərhəd Xidmətinin tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin və Dövlət Sərhədindən Buraxılış Məntəqələrində sərhəd rejiminin təmin edilməsi tədbirləri uğurla davam еtdirilir. SİA-ya qurumun mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən növbəti dəfə saxta sənədlərdən istifadə etməklə avtomobillərin müqabil dövlətin ərazisinə keçirilməsinin qarşısı alınıb.

08.11.2016-cı il tarixdə "Şıxlı" Sərhəd Nəzarət Məntəqəsində Balakişiyev Anar Məmməd oğlu idarə etdiyi "Kia-Sportic" markalı, 99-FU-359 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitəsinin müvafiq sənədlərini saxtalaşdıraraq Gürcüstan Respublikasına keçirmək istəyərkən saxlanılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə