Bakı Şəhər Prokurorluğunun şöbə prokuroru, ədliyyə müşaviri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Əliyev redaksiyamıza maraqlı, həm də qürurverici bir yazı göndərib. Yazını SİA-nın dəyərli oxucularına çatdırmazdan əvvəl Məmməd müəllimin haqqıda kiçik arayış verməyimiz yerinə düşər. Oğullarının xoş xəbəri haqqında eşidən Məmməd müəllim prokurorluq orqanlarında çalışır. Ürəyi insanlara sevgi, məhəbbətlə doludur. Vətənini, torpağını canından artıq sevən sağlam ruhlu Vətən övladı, vətən daşıdır. Onunla söhbət edənlər vaxtın nə vaxt gəldiyini, nə vaxt ötdüyünü bilməz. Həm də şair qəlbli, yazıçı təbiətlidir. Ailəsini, övladlarını sevən, onların xoş sədasından ürəyi dağa dönənlərin sırasındadır Məmməd müəllim.
Övladları – üç oğlu Heydər, Cavanşir və Ağaların Moskvada aldıqları təhsil haqqında danışanda onun keçirdiyi hissləri isə yalnız onun özündən eşitmək, həmsöhbət olmaq lazımdır: "Xatırlayırsınızsa, sentyabrın 9-da Ulu Öndərimiz Heydər Əliyevin adını qoyduğum böyük oğlum Əliyev Heydərin hüquq təhsilini Moskva şəhəridə aspirantura pilləsində davam etdirmək ücün Abşerondakı mənzilimizdən Moskva şəhərinə təyyarə ilə uçmaq üçün Heydər Əliyev adına Hava limanına yola düşməsi barədə məlumat vermişdim. Oğlum Heydər öz bacarığını, intelektini, savadını təkrar sınamaq üçün sənədlərini iki istiqamətdə Moskva Dövlət Humanitar – İqtisadiyyat Universitetinin Hüquqşünaslıq ixtisası üzrə və Moskva Dovlət Əmək və Sosial Münasibətlər Akademiyasının Dünya İqtisadiyyatı ixtisasları üzrə aspirantura pillələrində imtahanlarını vermək üçün mübarizəyə qoşulmuşdur. İki ay vaxt keçməsinə baxmayaraq artıq gərgin mübarizə arxada qalmışdır. Oğlum hər iki təhsil ocağına həm Hüquq sahəsi üzrə, həm də Dunya iqtisadiyyatı üzrə aspirantura pilləsinə qəbul olunmuşdur. Hazırda hər iki tanınmış təhsil ocağında təsilini davam etdirmək mərhələsindədir. Böyük müvəffəqiyyətinə, uğuruna görə oğlum Əliyev Heydəri təbrik edirik.
Xüsusilə, qeyd etmək istəyirəm ki, Planetimizin parlaq simalarindan biri olan böyük ziyalımız Azərbaycan Respublikasının RF-kı səfiri, hörmətli Polad Bülbüloğlunun Ulu Öndərimiz Heydər Əliyev irsinə olan sadiqliyinin bariz nümunəsi olaraq, Əbədiyaşar Prezidentimiz Heydər Əliyevin adını daşıyan oğlum Əliyev Heydərin Moskva şəhəridə oxuduğu təhsil və bütün ödəniş xərclərini həm ölkəmizdə, həm də xarici dövlətlərdə xeyirxah əməl sahibi kimi taninan, daima yaddaşlarda yaşayan böyük şəxsiyyət Aydın Qurbanov Fondu tərəfindən ödənilməsinə dəstək olmuşdur. Bu məsələdə oğluma qayğısını əsirgəməyən Səfirliyin məsul əməkdaşlarından Vuqar İmaməliyevə və Arif Babayevə və Fondun rəhbərliyinə minnətdarlığımızı bildiririk.
Əziz dostlarım, sizlərə məlumdur ki, Prokurorluq orqanlarında müstəsna hal olaraq mən 36 yaşında yeganə Prokurorluq işçisi kimi Möhtərəm Prezidentimiz İlham Əliyevin "Zəmanət Məktubu" əsasında Prokuror vəzifəsinə təyin olunmuşam. Bu təyinatla qüsursuz və şəffaf işlədiyim orqanda tutduğum vəzifəmdə, davranış kodeksimdə, vətəndaş-məmur münasibətimdəki sağlam prinsipiallığımın, uzun illər sadiqliyimin bariz nəticəsi olaraq Möhtərəm prezidentimiz İlham Əliyevin biz Əliyevlər ailəsinə göstərdiyi bu böyük qayğı Moskva şəhəri kimi böyük meqapolisdə təhsil alan üç oğlumu da öz qayğısı ilə əhatə etmişdir.
Biz Əliyevlər ailəsi olaraq, bizə göstərdiyi bu böyük qayğıya görə, XXI əsrin ən görkəmli siyasi və dövlət xadimi Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə çox sağolun deyirik. Bu çətin, olduqca şərəfli həyat yolunda oğlum Heydər Əliyevə qələbələr arzulayaq...



.jpg)










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB