“Azərbaycan Dəmir Yolları”nda görüş

“Azərbaycan Dəmir Yolları”nda görüş

Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Asiya İnkişaf Bankının vitse-prezidenti Vencay Zanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək, son dövrlərdə Azərbaycan dəmir yollarında aparılan islahatlar, habelə Azərbaycanın əlverişli coğrafi movqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsinin təmin edilməsi məqsədilə dəmir yolu infratrukturunun yenidənqurulması istiqamətində görülən kompleks tədbirlər, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüş zamanı həmçinin ortamüddətli pespektivdə AİB ilə "ADY" QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri müzakirə edilib, habelə Cəmiyyət sədri AİB-nin 2017-2019-cu illər üzrə, ölkə əməkdaşlıq strategiyası çərçivəsində, Azərbaycan Dəmir Yolu Şəbəkəsinin İnkişafı İnvestisiya Layihəsinə görə ilkin kredit portfelinin təsdiqi üçün AİB-in vitse-prezidentinə minnətdarlığını bildirib.

Asiya İnkişaf Bankının vitse-prezidenti Vencay Zanq qlobal maliyyə-iqtisadi böhranının doğurduğu nəticələrə baxmayaraq, Azərbaycan dəmir yolu sahəsində son dövrlər görülmüş kompleks yenidənqurma işlərindən, habelə institutsional, maliyyə və hüquqi-tənzimləmə sahəsində aparılmış islahatlardan məmnun olduğunu bildirib.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə