"Super Ay" hadisəsi 100 ildə bir neçə dəfə müşahidə edilsə də, bu dəfə ay yerə daha çox yaxınlaşıb". Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.
O bldirib ki, hava şəraiti imkan versə, Ayın şəkilləri çəkilib ictimaiyyətə təqdim ediləcək: "Hazırda Ayla Yer arasındakı məsafə 356 min 512 kilometrdir. Lakin 48 il bundan öncə ( 1948-ci ildə) ay yerlə daha yaxın məsafədə olub. Belə ki o zaman Ayla Yer arasında məsafə indikindən hətta 47 km yaxın 356 min 465 km məsafə qeydə alınıb".
X. Mikayılov söyləyib ki, növbəti belə hadisə 2034-cü ildə qeydə alınacaq: "O zaman Ayla Yer arasında məsafə 356 min 447 km olacaq".
O əlavə edib ki, "Super Ay" hadisəsi zamanı Ay həmişə olduğundan təxminən 12-14 faiz daha böyük, işıqlığı da hər zamankindən 30 faiz daha çox olur.
Məlumat üçün nəzərinizə çatdıraq ki, bu gün təbiət hadisələrindən biri olan Ayın Yerə yaxınlaşması - "Super Ay" müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB