"Son günlərlə müqayisədə bu gün Azərbaycanda küləkli hava şəraiti müşahidə olunur. Sabah temperatur ötən günlərə nisbətən bir neçə dərəcə aşağı olacaq". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmova deyib.
Onun sözlərinə görə, hava şəraiti ilə bağlı hər hansı bir dəyişkənlik sabah günortadan sonra müəyyənləşəcək: "Belə ki, noyabrın 15-də axşama doğru ölkə ərazisində yağış yağacağı gözlənilir".
Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun yarımadada gecə 9-11° isti, gündüz 12-15° isti olacaq, Bakıda gecə 9-11° isti, gündüz 12-14° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacağı, lakin axşama doğru arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 15-dən 17-si gündüzədək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB