Agentlik sədri: "Azərbaycanda piratçılığın səviyyəsi 31 faiz aşağı düşüb"

Agentlik sədri: "Azərbaycanda piratçılığın səviyyəsi 31 faiz aşağı düşüb"

"Azərbaycan digər sahələrdə olduğu kimi müəllif hüquqları sahəsində də öz nüfuzu ilə seçilir". SIA-nın məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. O bildirib ki, Azərbaycan piratçılığa qarşı beynəlxalq mübarizənin fəal iştirakçılarından biridir: "Müəllif Hüquqları Agentliyi aidiyyəti dövlət qurumları ilə birlikdə keçirdiyi müvafiq tədbirlər nəticəsində son illər ölkəmizdə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 31 faiz, audio-video məhsulları bazarında 25, proqram təminatında 11 faiz aşağı düşüb".

K. İmanov qeyd edib ki, agentlik erməni plagiatçılığı istiqamətində də bir sıra tədbirlər həyata keçirilib: "Məsələn, Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurmalar və təndirin ermənilər tərəfindən özününküləşdirilməsi, Azərbaycanın qədim milli rəqslərindən olan "Köçəri"nin erməni milli dəyəri kimi YUNESKO-nun Dünya Mədəni İrs sihahısına daxil edilməsi üçün məsələ qaldırılması ilə əlaqədar agentliyin tarixi faktlara, elmi və etimoloji əsaslara, mənbələrə istinadla hazıladığı arayış və şərhlərdə erməni iddialarının əsassızlığı göstərilib".

Bütün xəbərlər Facebook səhifəmizdə