Qurultay iştirakçıları Ulu öndərin məzarını ziyarət ediblər

Qurultay iştirakçıları Ulu öndərin məzarını ziyarət ediblər

Noyabrın 14-də Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Fəxri Xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. SİA-nın xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.Sonra konfrans iştirakçıları Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə