ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirən Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) bu gün Ayın XXI əsrdə ən böyük şəkildə görsənəcəyini açıqlayıb. SİA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, alimlər bildirirlər ki, 2034-cü ilin noyabr ayına qədər Ay bir daha yer planetinə bu qədər yaxın məsafəyə gəlməyəcək.Yer planetinə qədər olan məsafəsini dəyişən Ay orbitinin ən yaxın olduğu nöqtəsindən nəhəng və parlaq kürə kimi görsənəcək (Mütəxəssislər bu məsafədən görsənən zaman onu Super Ay adlandırırlar).
Yerini dəyişən zaman Ayın Yer ilə ən yaxın məsafəsi təxminən 355 min km, ən uzaq məsafəsi isə 405 min km-dir. Yer ilə Ay arasında normal məsafə isə 384 min 400 km-dir.
Mütəxəssislər qeyd edirlər ki, Ay Yerə ən yaxın məsafədə olduğu zaman ona baxmaq üçün gözləri qorumağa ehtiyac yoxdur.
Alimlər bu hadisənin növbəti dəfə 2034-cü ilin noyabr ayının 25-də olacağını iddia edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB