Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən Bakı Slavyan Universitetində 12 Noyabr Konstitusiya Günü və 21 Noyabr Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyi münasibətilə rayonunun bir qrup yaradıcı gənclərinin əl işlərindən ibarət sərginin açılış mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin sədri Elnur Rəhimov noyabr ayınının bir çox əlamətdar hadisələrlə zəngin olduğunu və silsilə tədbirlərin keçirildiyini diqqət çatdırdı. Qeyd etdi ki, əlamətdar günlərlə bağlı ənənəvi olaraq YAP Nəsimi rayon təşkilatı tərəfindən də silsilə tədbirlər proqramı hazırlanıb həyata keçirilir və növbəti belə tədbir Konstitusiya Günü və Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr edilmiş sərgidir.
Tədbirdə YAP Siyasi Şurasının üzvü, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, YAP-ın keçdiyi tarixə qısa nəzər saldı. Azərbaycanın bu gün iqtisadi, siyasi və mədəni cəhətdən inkişaf etmiş dövlət olduğunu qeyd edərək, bu inkişaf mərhələsində YAP-ın da özünəməxsus rolu olduğunu bildirdi.
Bu gün YAP sıralarında kifayət qədər gəncin təmsil olunduğunu bildirən rayon icra başçısı bu partiyaya inam bəsləyən hər bir gəncə özünü ifadə etməsi üçün mümkün olan imkanların yaradıldığını vurğuladı: "Çünki Azərbaycanın gələcəyi bugünkü gəncliyin əlindədir və bu günün gəncliyi Azərbaycanın gələcəyini təmin etməlidir".
Tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva çıxış edərək, Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyev irsinə sadiqliyini, Onun siyasətinin alternativsizliyinin birmənalı şəkildə qəbul etməsini Dahi Şəxsiyyətin ideyalarının həmişəyaşarlılığının, tarixi missiyasının yeni şəraitdə davam etdirilməsinin göstəricisi olduğunu bildirdi: "Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızın bütün sahələrdəki qüdrətli inkişafı və bu inkişafın nəticələri ölkəmizin, xalqımızın gələcək taleyinə çox yüksək təsir göstərib. Ulu Önərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin vacib istiqamətlərindən biri Azərbaycanın müasirləşməsi və modernləşməsidir.
Gənclərin maarifləndirilməsi, dünyagörüşlərinin artırılması istiqamətində görülən işlərdən, ötən illərdə ölkəmizin əldə etdiyi uğurların dünyaya çatdırılmasında gənclərin üzərinə düşən vəzifələrdən danışan N.Əliyeva bildirdi ki, Azərbaycanda multikulturalizm, tolerantlığın dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət müasir dövrümüzdə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər də bu dəyərlərin dünyada təbliği istiqamətində səylərini əsirgəməməlidirlər.
YAP Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı qeyd etdi ki, bu gün 24 illiyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası Dahi Öndər Heydər Əliyev ideyalarına sadiq olaraq böyük inkişaf yolu keçərək, milli- siyasi iradəni təmsil edən və xalqımızın ali mənafeyinin ifadə edən avanqard siyasi qüvvəyə çevrilib: "Bu gün də mövcud iqtidarın monolit birliyi nəticəsində Ümummilli Liderin qurub-yaratdığı azad, müstəqil və demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xəttlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezidentimiz İlham Əliyevdir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin tərəqqisinə, inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfələr verir. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib".
Tədbirdə YAP sıralarına yeni üzv olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edildi. Daha sonra YAP Nəsimi rayon təşkilatının həyata keçirdiyi layihələrdə fəal iştiraklarına görə, bir qrup gənc diplomlarla təltif olundular.
Sonra tədbir iştirakçıları sərgidə nümayiş olunan əl işləri ilə tanış oldular.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB