Minskdə Cümə məscidi açıldı

Minskdə Cümə məscidinin təntənəli açılışı olub. BELTA xəbər agentliyi xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məscidin giriş qapısında rəmzi lenti kəsiblər.

Məscidin açılış mərasimində dövlət idarəetmə orqanlarının rəhbərləri, dini və milli-mədəni ictimai birliklərin, Belarusda akkreditə olunmuş səfirliklərin, o cümlədən Azərbaycan səfirliyinin nümayəndələri, xarici qonaqlar və möminlər iştirak ediblər. Dövlət başçıları məscidin daxili tərtibatı ilə tanış olublar. Onlar Cümə məscidinin Xatirə kitabında ürək sözlərini yazıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə